"Turan Tovuz"un legioneri: "Hər matça qalib gəlmək üçün çıxacağıq"

19:25 - 30 Mart 2023

"Turan Tovuz"un futbolçusu Piruzi Marakvelidze Sportal.az saytına açıqlama verib.

Gürcü yarımmüdafiəçi komandanın çempionata verilən fasilədən yaxşı istifadə etdiyini bildirib. O, həm də sabah Premyer Liqanın 28-ci turunun "Sumqayıt"a qarşı keçiriləcək görüşündən gözləntilərini söyləyib:

"Fasilədən yaxşı istifadə etdiyimizi düşünürəm. Ümid edirəm ki, fasilədən sonra da çempionata uğurlu başlayacağıq. “Sumqayıt” yaxşı komandadır. Düşünürəm ki, yaxşı matç olacaq və təbii ki, qələbə üçün hər şeyi edəcəyik. Biz hər matça qalib gəlmək üçün çıxacağıq. Sonda necə olacağını zamanla görəcəyik".

Marakvelidze Gürcüstü və Azərbaycan millilərinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışını da izlədiyini deyib: "Bəli, Gürcüstan millisinin Norveçlə, Azərbaycanın isə Avstriya və İsveçlə oyunlarına baxdım. Düşünürəm ki, Gürcüstan millisi bundan da artığını edə bilər. Azərbaycana gəlincə, onlar çox güclü rəqiblərlə qarşılaşdılar, amma belə nəticə gözləmirdim".

Mirbağırağa

Xəbər xətti