"Mançester Yunayted" sloveniyalını transfer edəcək

11:32 - 1 Aprel 2023

"Atletiko"nun qapıçısı Yan Oblak "Mançester Yunayted"ə keçə bilər.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi David De Xea ilə yollarını ayırdıqdan sonra sloveniyalı qapıçı ilə rəsmi müqavilə imzalamağı planlaşdırır.

De Xea klubun əvvəlkindən daha az maaş təklifinə razı olmadığı üçün ayrılmaq qərarına gəlib.

"Mançester Yunayted" onu Oblakla əvəzləməyi planlaşdırır.

Xəbər xətti