Ramil Şeydayev hansı klubun təklifindən imtina edib?

20:19 - 23 May 2023

Azərbaycan millisinin və "Qarabağ"ın forvardı Ramil Şeydayevin Taylandın "Buriram Yunayted"ə keçəcəyi dəqiqləşib.

Sportal.az saytına verilən məlumata görə, əslində, 27 yaşlı hücumçu karyerasına Avropada davam etməyə yaxın olub.

Belə ki, İsrail çempionatının iddialılarından olan "Hapoel Beer Şeva" Şeydayevə rəsmi müqavilə təklif edib. Ona 400 min avrodan çox maaş da verməyə hazır olublar.

Amma millimizin hücumçusu Tayland klubuna keçidə razılıq verib.

Xəbər xətti