Ruud van Nistelrooy istefaya göndərildi

17:28 - 24 May 2023

Niderlandın PSV klubu baş məşqçi Ruud van Nistelrooyla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssisin  müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Ruud van Nistelrooy mövsümün əvvəlində PSV-nin baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında Niderland Kuboku və Super Kuboku qazanıb. PSV ölkə çempionatında isə mövsümün bitməsinə 1 tur qalmış 72 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti