Ramil Şeydayev tanınmış futbolçu ilə komanda yoldaşı ola bilər

10:49 - 1 İyun 2023

Azərbaycan milli komandasının forvardı Ramil Şeydayevin "Buriram Yunayted"lə müqavilə imzalamağa yaxın olduğu barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, Tayland klubunun yayda heyətinə qatmaq istədiyi tək futbolçu Şeydayev deyil. Belə ki, bu ölkənin mətbuatına istinadən xəbər verir ki, ölkə çempionu İspaniya millisinin və "Barselona"nın sabiq üzvü Andres İnyestanı heyətinə qatmaqda israrlıdır. 

"Vissel Kobe"dən yeni ayrılan İnyestaya rəsmi təklif göndərilib. Təcrübəli yarımmüdafiəçinin "Buriram Yunayted"in təklifini qəbul edib-etməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Xatırladaq ki, Ramil "Qarabağ"dan ayrılaraq "Buriram Yunayted"lə müqavilə imzalamaq üçün Taylanda uçub.

Xəbər xətti