Renatın qolu İsveçrədə ən yaxşı seçilə bilər - VİDEO

20:21 - 1 İyun 2023

"Qrasshopper" 2022/2023 mövsümündə komandanın vurduğu ən yaxşı qolu seçəcək.

Sportal.az xəbər verir ki, İsveçrə təmsilçisində mövsümün ən yaxşısı seçilmək üçün 9 namizəd var. Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun Super Liqanın I turundan təxirə salınmış oyunda (1:1) "Lütsern"in qapısına vurduğu qol da mükafata iddialıdır.

Qalib azarkeşlərin səsverməsinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayından "Qrasshopper"də çıxış edir. 24 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti