Mahir Emreli "Beşiktaş"a qol vurdu, komandası 1 xal qazandı

23:00 - 7 İyun 2023

Türkiyə Super Liqasında 2022/2023 mövsümünün sonuncu - 38-ci turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Konyaspor" səfərdə "Beşiktaş"ın qonağı olub. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 46-cı dəqiqədə meydana daxil olan 26 yaşlı forvard 1 dəqiqə sonra qol vurub.

Bu nəticədən sonra xallarını 51-ə yüksəldən "Konyaspor" mövsümü 8-ci pillədə başa vurub.

Xəbər xətti