"Beşiktaş" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu - VİDEO

11:46 - 22 Sentyabr 2023

Konfrans Liqasının qrup mərhələsində ilk turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, Türkiyənin turnirdəki təmsilçilərindən olan "Beşiktaş" da ilk görüşünə çıxıb. "Brügge" ilə qarşılaşan İstanbul təmsilçisi bir xala razı olub. Şenol Güneşin rəhbərlik etdiyi kollektiv uğursuz nəticəyə yaxın olsa da, son dəqiqədə Cenk Tosunun vurduğu qolla məğlubiyyətdən xilas ola bilib.

"Brügge" - "Beşiktaş" 1:1
Qollar
:Vanaken 77 - Cenk Tosun 88

Xəbər xətti