"Sumqayıt" yeni stadionda ilk oyuna çıxacaq: biletlər satışda

13:25 - 30 Yanvar 2024

"Sumqayıt" yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda ilk oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, "kimyaçılar" Premyer Liqanın 21-ci turunda "Neftçi"ni qəbul edəcək.

Qarşılaşmanın biletləri bu gün satışa çıxarılacaq. Bununla bağlı "Sumqayıt"ın mətbuat xidməti məlumat yayıb:

"Əziz azarkeşlər, hörmətli Sumqayıt sakinləri!

Boyük Şəhərin Tək Komandası doğma Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionuna qayıdır. Əsaslı təmirdən sonra yenidən futbolçulara və futbolsevərlərə qucaq açacaq arenadakı ilk oyun "Neftçi" ilə olacaq.

Fevral ayının 4-də saat 15:00-da start götürəcək matç üçün bilet satışına saatlar qaldı.

Biletləri bu gün saat 15:00-dan etibarən iticket.az saytından, həmçinin Sumqayıta yerləşən 1 saylı Asan Xidmətdən əldə edə bilərsiniz.

Azarkeş marağını nəzərə alaraq oyuna 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.

Böyük Şəhərin Tək Komandası öz azarkeşlərini gözləyir!"

Xəbər xətti