“Neftçi” və Benin milli komandasının yarımmüdafiəçisi Sessi Dalmeyda bu gün Misirlə keçiriləcək Afrika Millətlər Kuboku pley-off matçında iştirak edə biləcək.
Sportal.az “France 24”ə istinadən xəbər verir ki, bu barədə millinin baş məşqçisi Gernot Rohr deyib.
Xatırladaq ki, “Neftçi”nin futbolçusu Benin millisinin heyətində qrup mərhələsində Botsvana ilə (1:0) görüşdə yüngül zədə alıb və Seneqala (0:3) qarşı matçı buraxıb.
Əlavə edək ki, Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin Misir - Benin görüşünə Bakı vaxtı ilə 20:00-da start veriləcək.
