Ayxan Abbasovu sevindirən hadisə - rumın futbolçu sıraya qayıtdı

13:40 - 5 Yanvar 2026

Kasad heyət, kiçik imkanlarla yaxşı komanda formalaşdıran Ayxan Abbasov bunu çox böyük əziyyət hesabına edir. Elə vəziyyət yaranıb ki, əsas heyət üzvlərindən hər hansı biri zədə və ya cəzayla üzləşəndə, onun yerini doldurmaq ciddi problemə çevrilir. 

"Şamaxı"nın ötən mövsüm heyətə qatdığı Andrey Tirkoveanu qısa zamanda adından söz etdirə bildi. Kreativ oyun tərziylə seçilən rumın futbolçu Ayxan Abbasovun əsas silahlarından birinə çevrildi. Lakin bu mövsümün əvvəlində zədə alaraq xeyli kənarda qaldı.

Sportal.az-ın əldə etdiyi məlumata görə, Tirkoveanu artıq zədəsini tam sağaldıb və qış toplanışına qatılıb. Ayxan Abbasov mövsümün ikinci yarısında onun da xidmətindən yararlana biləcək. 

Xəbər xətti