"Səbail"in qış planı bəlli oldu

19:58 - 5 Yanvar 2026

“Səbail”in qış hazırlıq planı məlum olub.

Sportal.az xəbər verir ki, Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışına yanvarın 6-da başlayacaq. Məşqlər “ASCO Arena”da keçiriləcək.

“Səbail” hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hazırlıq matçlarındakı rəqiblər barəsində klubun rəsmi saytında və sosial media ünvanlarında məlumat veriləcək.

Xəbər xətti