İngiltərə millisinin futbolçusu "Yuventus"un hədəfində - futbolçu karyerası barədə qərar verməyib

00:28 - 27 İyul 2026

"Yuventus" sabiq "Mançester Siti" müdafiəçisi Con Stounsu transfer etməyi nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi hazırda azad agent statusundadır. O, son dünya çempionatında da İngiltərə millisinin heyətində çıxış edib.

“Yuventus” rəhbərliyi artıq Stounsun nümayəndələri ilə ilkin təmaslar quraraq mümkün transferlə bağlı danışıqlara başlayıb.

Daha əvvəl təcrübəli müdafiəçi ilə "İnter"in də maraqlandığı bildirilmişdi.

Xəbər xətti