"Turan Tovuz" Türkiyədə ikinci yoxlama oyununa çıxır

10:05 - 27 İyul 2026

Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxacaq. Qərblilər Türkiyənin “Fatih Karagümrük” klubu ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, 1-ci liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Turan Tovuz” Ankara hazırlığı çərçivəsində artıq bir oyun keçirib. Komanda İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.

Xəbər xətti