"Atletiko" ispaniyalı hücumçu transfer edir

19:53 - 20 Avqust 2026

"Malyorka"nın hücumçusu Mark Domeneç İspaniya La Liqasında klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu "Atletiko"ya keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Madrid klubu 19 yaşlı forvardı satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Mark Domeneç "Malyorka"nın yetirməsidir. Gənc oyunçu 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Seuta"da çıxış edib.

Xəbər xətti