“Mançester Yunayted”in rəsmi saytı komandanın bu ay keçiriləcək oyunlarını təqdim edərkən, Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a qarşı açılış matçını (10 sentyabr) da xüsusi vurğulayıb.
Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” həmin görüş və Azərbaycan çempionu ilə bağlı bunları yazıb:
"Növbəti cümə axşamı “Mançester Yunayted"in Çempionlar Liqasına geri qayıdışından 1000 gündən çox vaxt keçəcək. Çox da tanınmayan “Sabah” komandası çoxdan gözlənilən yarışa qayıtmamızdan sonra ilk rəqibimiz olacaq. Yalnız 2017-ci ildə qurulan Azərbaycan çempionları, təsnifat mərhələsində TNS, “KuPS", "Orhus” və “Hapoel”(Beer-Şeva) üzərində qələbələrdən sonra əsas mərhələdə debüt edirlər. Onları necə də debüt matçı gözləyir! Çempionlar Liqasının ilk oyun günü üç axşam oynanılacaq ki, bu da bu yarışda 300-cü oyunumuzun qeyri-adi vaxtını izah edir".
