Hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza

14:10 - 12 Noyabr 2026

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda II Liqanın X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

08.11.2026-cı il tarixində II Liqada X turun “Şəmkir”– “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir” komandasının 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

08.11.2026-cı il tarixində II Liqada X turun “Şəmkir”– “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);

09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyunu bitdikdən sonra  meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” komandası 500 manat cərimə edilsin (maddə 86.3);

09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

10.11.2026-cı il tarixində II Liqada X turun “Difai”– “Zəngəzur” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

10.11.2026-cı il tarixində II Liqada X turun “Difai”– “Zəngəzur” oyununun 84-cü dəqiqəsində  “Difai” komandasının məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Difai” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

Xəbər xətti