"Real"ın hücumçusu Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" braziliyalı forvardı transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
La Liqa nəhəngi Endriki satmağa hazırdır. "Kral klubu" 20 yaşlı futbolçu üçün 60 milyon avroluq təklif gəlsə, dəyərləndirə bilər.
Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi

