"Betis" qış transfer pəncərəsi zamanı "Mançester Yunayted"dən icarəyə götürdüyü Antoni ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, La Liqa klubu Braziliya millisinin üzvünü komandada saxlamaq istəyir. Bu barədə "the Sun" nəşri məlumat yayıb.
Məşqçilər korpusu braziliyalı vingerin performansından məmnundur. Klub 25 yaşlı ön xətt oyunçusunu növbəti mövsümdə də heyətdə saxlamaq istəyir. Bununla bağlı İngiltərə klubuna təklif göndəriləcək.
Qeyd edək ki, Antoni "Betis"in heyətində meydana çıxdığı 2 La Liqa matçında 1 qol vurub. Onun icarə müqaviləsi mövsümün sonuna kimidir.
saytlarin hazirlanmasi