21 yaşadək futbolçulardan ibarət millimizin Bosniya və Herseqovina ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri məlum olub.
Sportal.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovina yığmasının Zenitsa şəhərindəki təlim-məşq mərkəzində olacaq. Noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd ki, Rəşad Sadıqovun komandası noyabrın 15-də “Dalğa Arena”da Ukrayna ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi