Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Rusiyanın “Krasnodar” klubundan dəvət olunmuş Ruslan Rzayev komandasının son oyununda zədələndəyi üçün yığmanın toplanışına qatılmayıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 15-də, “Dalğa Arena”da Ukrayna, 19-da isə Zenitsa şəhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu keçirəcək.
saytlarin hazirlanmasi