19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.  

 

Sportal.az xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında baş tutacaq Azərbaycan - İsrail matçı saat 14:00-da start götürəcək. Oyunun baş hakimi Erik Lambrext olacaq.

 

AÇ 2019 seçmə mərhələ, 1-ci tur

14 noyabr

 

14:00 Azərbaycan - İsrail - 1:4

Qollar: Emil Qasımov, 82 - Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64

Baş hakim: Erik Lambrext (Belçika)
Baş hakimin köməkçiləri: Karel De Roker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Dördüncü hakim: Aleko Aprsiauri (Gürcüstan)