UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək Kosovo - Azərbaycan oyunu fransalı hakim Benua Milloya həvalə edilib.
Sportal.az xəbər verir ki, FIFA referisi ikinci dəfə milli komandamızın oyununu idarə edəcək. 36 yaşlı hakim ötən ilin oktyabr ayında DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Çexiya oyununu idarə edib. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıb. Sözügedən matçda referi çexiyalıların qapısına penalti təyin etmişdi. Ağ nöqtəyə yaxınlaşan Əfran İsmayılov fərqlənə bilmişdi.
Benua 2015-ci ildə 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan millisinin Danimarkaya 0:3 hesabı ilə uduzduğu oyunda 4-cü hakim olub.
Millonun avrokuboklarda təmsilçimiz "Neftçi" ilə də yolu kəsişib. Fransalı hakim 2014-cü ilin iyulun 24-də paytaxt təmsilçisinin Sloveniyada "Koper"ə 2:0 hesabı ilə qalib gəldiyi oyunda ədalət təmsilçisi olub. "Ağ-qaralar" Mirhüseyn Seyidovla Karlos Kardosonun qolları ilə mərhələ adlaya bilmişdi. Benua meydan sahiblərinin futbolçusu Caka Ştromayeri 51-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırmışdı. Gərgin keçən qarşılaşmada "Neftçi"nin məşqçilər korpusunda yer alan Bəxtiyar Musayev hakimə etiraz etdiyi üçün texniki zonadan qovulmuşdu.
saytlarin hazirlanmasi