"Nəticə bizim üçün yaxşı oldu. Baş məşqçi oyundan sonra razı qaldığını dedi. Oyuna nəzarət öz tərəfimizdə idi. İki qoldan da çox vura bilərdik".
Sportal.az xəbər verir ki, bu sözləri millimizin yarımmüdafiəçisi Riçard Almeyda UEFA Millətlər Liqasında Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Almeyda qələbəni şərh edib: "Fasilədən sonra topa nəzarətə üstünlük verdik. Çünki sarı vərəqə limitində olan bəzi futbolçularımız vardı. Risk etmək istəmirdik. Üstəlik, top səndə çox olanda az yorulursan".
29 yaşlı futbolçu son turda Kosovo ilə keçiriləcək həlledici oyunla bağlı danışıb: "Kosovo yaxşı komandadır. Güclü futbolçulara malik olan komanda ilə qarşılaşacağıq. Ancaq biz də güclü heyətə malikik. Artıq səfərə çıxırıq. Kosovo ilə qarşıdakı oyun finala bərabərdir. Çünki bu görüşdə pley-offa vəsiqənin taleyi müəyyənləşəcək. İstərdik ki, bu matçda tam gücümüzü ortaya qoyaq. İnanıram ki, Azərbaycana yaxşı nəticə ilə qayıdacağıq".
Qeyd edək ki, Kosovo - Azəraycan matçı noyabrın 20-si, Bakı vaxtı ilə 23:45-də baş tutacaq.
saytlarin hazirlanmasi