“Kosovo yaxşı komandadır. Hər iki tərəf üçün həlledici oyundur. Meydana qələbə üçün çıxacağıq”.
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunun Kosovo ilə oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli futbolçu sabahkı oyunla bağlı fikirlərini açıqlayıb:
“Kosovo bizdən 2 xal öndədir. Ancaq bizim üstünlüyümüz birliyimizdir. Çox məsuliyyətli oyundur. Ancaq komandamızda yetərincə təcrübəli futbolçu var. Sabah gərginlikdə yox, sərbəst oynamalıyıq. Bəli, məsuliyyət böyükdür, ancaq soyuqqanlı oynamalıyıq”.
Qeyd edək Kosovo – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi