UEFA Millətlər Liqasında qrup mərhələsinin statistik göstəriciləri açıqlanıb.
Sportal.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar. Almeyda 454 dəqiq ötürmə ilə 1-ci, Qarayev 427 dəqiq ötürmə ilə 5-cidi.
1. Riçard Almeyda (Azərbaycan) - 454
2. Aleksandru Epureanu (Rumıniya) - 444
3. Nika Kvekveskiri (Gürcüstan) - 437
4. Serxio Ramos (İspaniya) - 433
5. Qara Qarayev (Azərbaycan) - 427
Liqada 6 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç turnirin ən sərrast oyunçusu olub. Ən məhsuldar komanda isə millimizlə eyni qrupda qərarlaşan və pley-offa yüksələn Kosovo yığması olub - 15.
Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodu (5).
Millətlər Liqasında ən çox qurtarış edən qapıçı San Marino millisinin qolkiperi Elia Benedettinidi (41).
saytlarin hazirlanmasi