Baş məşqçi: "Rüfət Dadaşov gərgindir"

13:47 - 24 Noyabr 2018

Almaniya III Bundesliqasında çıxış edən "Proyssen"in baş məşqçisi Marko Antverpen millimizin üzvü Rüfət Dadaşovun son durumundan danışıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis millidən yüngül zədə ilə qayıdan hücumçuya ötən gün istirahət verdiyini deyib: "Görünür, Rüfət gərgindir. Amma biz bunun öhdəsindən gələcəyik".

 

Qeyd edək ki, Dadaşov UEFA Millətlər Liqasının 6-cı turunda Kosovo - Azərbaycan matçında (4:0) zədə alıb.

Xəbər xətti