Martin Şkrtel: "Azərbaycan münasib rəqib deyil"

14:18 - 3 Dekabr 2018

“Daha asan və ya daha çətin qrupa düşə bilərdik. İkinci oldu. Burada oynamaq olar, amma uğursuzluq da istisna deyil”.

 

Sportal.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin müdafiəçisi Martin Şkrtel yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirən təcrübəli futbolçu qrupdakı rəqiblər haqda danışıb:

 

“Xorvatiya aşkar favoritdir. Uels, Slovakiya və Macarıstan təxminən bərabər səviyyəli komandalardır. Yığmaların, futbolçuların oyunlar vaxtı hansı formada olması həlledici rol oynayacaq. Uels haqda nə deyə bilərik, çox şey komandanın aparıcı üzvü Qaret Beyldən asılıdır. Bununla yanaşı, yığmanın bir çox üzvləri İngiltərə Premyer Liqasında oynayırlar. Macarlarla oyunlarımız derbi xarakteri daşıyacaq. Çünki onların oyun üslübü çexlərə bənzəyir və tamaşaçılar üçün maraqlı olacaq. Ancaq Azərbaycanı da unutmaq olmaz. Heç də münasib rəqib deyil. AÇ-2020-nin bəzi oyunları Bakıda keçiriləcəyindən onlar final mərhələsinə yüksəlmək üçün mümkün olan hər şeyi edəcəklər”.

 

Qeyd edək ki, Slovakiya millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Uels və Macarıstanla birlikdə E qrupunda mübarizə aparacaq.

Xəbər xətti