"Eyni qrupda yer almağımız istdəyimiz hansısa rəqib yoxdur. Bunun müqabilində, İspaniya və Almaniya ilə düşməməyimiz yaxşı haldır".
Sportal.az saytının məlumatına görə, bu sözləri Slovakiya millisinin üzvü Adam Zrelyak deyib.
Almaniyanın "Nrünberq" klubunda forma geyinən 24 yaşlı futbolçu çətin və balanslaşdırılmışq qrupda yer aldıqlarını söyləyib: "Uels və Macarıstana, eləcə də Azərbbaycana qarşı da çətin görüşlər olacaq. Bu, maraqlı, çətin və balanslaşdırılmış qrupdur. Hər bir qarşılaşma həlledici olacaq. Uğur qazanacağımıza inanıram".
Slovakiya millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Uels və Macarıstanla birlikdə E qrupunda mübarizə aparacaq. Azərbaycan millisi Slovakiya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcək.
saytlarin hazirlanmasi