“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə eyni qrupda yer alan milli komandamız haqda danışıb.
- Azərbaycan millisi necə komandadır və onlardan nə gözləmək olar?
- Real danışsaq, Xorvatiya indiki məqamda qat-qat üstün komandadır. Yığma bunu öz oyunu və nəticələri ilə də sübut etdi. Amma əlbəttə ki, qrupdakı heç bir rəqiblə asan olmayacaq. Bütün oyunlar çətin keçəcək.
- Azərbaycan hansı oyun üslubuna üstünlük verir?
- Yeni baş məşqçinin rəhbərliyi altında onlar qətiyyən müdafiədə oturmayacaqlar. Azərbaycan millisi meydanda çox qaçmağı və topu özündə saxlamağı xoşlayır.
- Millinin çalışdırıcısı, hazırda “Qarabağ”da sizin də baş məşqçiniz olan Qurban Qurbanov necə mütəxəssisdir?
- O, “Qarabağ”da əla nəticələr qazanıb. İndi isə milli komandaya da başçılıq edir. O, öz oyun üslubunu yığmaya da aşılamağa çalışır. Amma bunun üçün müəyyən qədər vaxt lazımdır.
- Xorvatiya və Azərbaycan millilərinin oyunu barədə nə düşünürsünüz?
- Düşünürəm ki, Xorvatiya millisi yüksəlişdə olan komandaları xoşlayır. Nəinki öz qapısının yaxınlığında dayanıb, müdafiə olunan yığmaları. Məncə, maraqlı oyun olacaq.
saytlarin hazirlanmasi