"Bizi maraqlı bir qrup gözləyir. Uelsə rəqib olmağımız mənim üçün təəccüblü oldu".
Sportal.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin üzvü Mixal Dyuriş deyib.
30 yaşlı hücumçu yerli federasiyanın rəsmi saytına açıqlamasında AÇ-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib. Uels və Macarıstanla oyunların onun üçün daha maraqlı olduğunu bildirən "Anortosis"in futbolçusu yığmamızla matçın asan olmayacağını qeyd edib:
"AÇ-2016-nın final mərhələsində də Uelslə bir qrupa düşmüşdük. Onlardan revanş almalıyıq. Bu məni həvəsləndirir. "Macarıstanla oyunlarımız mənim və xüsusən azarkeşlər üçün çox maraqlıdır. Sonuncu rəqibimiz olan Azərbaycan arzuolunmaz komandadır. Azərbaycanı da qiymətləndirməyə bilmərik".
saytlarin hazirlanmasi