Azərbaycan milli komandasının yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq.
Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib. Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu və yanvarın əvvəllərində nəzərdə tutulan toplantısında açıqlana bilər.
Qeyd edək ki, milli komandamızın baş məşqçisi Qurban Qurbanov bu gün vəzifəsindən ayrılıb.
saytlarin hazirlanmasi