Bəzi ailələrdə futbolçu qardaşlar fərqli millilərdə oynayır. Bir neçə ulduz futbolçunu buna misal gətirmək olar.
Azərbaycanın U-21 millisinin üzvü Ozancan Kökcünün qardaşı Orkun Kökcü ötən ilin sonunda Türkiyə yığmasını seçdiyini bəyan etdi. Bir qardaş Azərbaycan, digər isə Türkiyə millisində oynayacaq. Futbolçuların atası Halis Kökcü Sportal.az-a açıqlamasında buna görə fəxr etdiyini bildirib:
"Qitənin ən köklü klublarında yetişib, Avropa mədəniyyətinin mərkəzində olsalar da, övladlarım əsl türkdür. Türk oğullarım - Ozanla Orkun sona qədər belə qalacaq. Biri Azərbaycan, digəri də Türkiyə yığmasında oynamağın qürurun, şərəfin, məsuliyyətin və zövqünü yaşayır. Bizə də bu qardaşları alqışlamaq və dəstəkləmək düşür".
Orkun Kökcü "Feyenoord"un yetirməsidir və o, əsas komandanın aparıcı üzvüdür. Ozancan isə yayda "Sabah" klubuna keçib.
saytlarin hazirlanmasi