"Liverpul"un futbolçusu Məhəmməd Salah Liverpul şəhərində İslamofobiya ("İslam qorxusu" mənasını verən termin) faizini aşağı salıb.
Sportal.az xəbər verir ki, bunu Stanford universitetinin araşdırması ortaya çıxarıb. 27 yaşlı futbolçunun "Liverpul"a keçməsindən sonra şəhərdəki İslamofobiya 18,9 faiz aşağı düşüb.
Araşdırmalara görə, "Liverpul" azarkeşləri kimi, Premyer Liqanın digər böyük klublarının fanatlarının sosial şəbəkələrdə islam dininə qarşı paylaşımları 50 faizə yaxın azalıb.
Misir millisinin üzvü 2017-ci ildə "Roma"dan "Liverpul"a keçib. 27 yaşlı hücumçu "qırmızılar"da 144 oyunda 91 qol vurub.
saytlarin hazirlanmasi