"Sumqayıt"dan ayrılan Əmir Ağayevin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. Ağayev Super Liqa təmsilçisi "Atromitos"la 1+1 illik müqavilə bağlayıb. O, Afina təmsilçisində 11 nömrəli formada çıxış edəcək.
Əmir 2019-cu ildən "Sumqayıt"da çıxış edirdi. İsrailli futbolçu ötən mövsüm 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi