"İnter"dən ayrılan Antonio Konte karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az "BBC Sport"a istinadla xəbər verir ki, 51 yaşlı mütəxəssis baş məşqçi axtarışında olan "Tottenhem"in çalışdırıcısı ola bilər. Məlumatda tərəflərin yaxın günlərdə anlaşacağı vurğulanıb.
Konte daha öncə Premyer Liqada "Çelsi"ni çalışdırıb və bu London klubunu İngiltərə çempionu edib, Avropa Liqasını qazandırıb.
saytlarin hazirlanmasi