"Səbail"in legioneri İtaliya ilə oyun üçün milliyə dəvət aldı

18:50 - 26 Avqust 2021

“Səbail”in yarımmüdafiəçisi Şimkus Domantas Litva milli komandasına dəvət olunub.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya, Bolqarıstan və İtaliya milli komandalarına qarşı keçiriləcək oyunlar üçün heyətə çağırılıb.

 

Litva yığması sentyabrın 2-də Şimali İrlandiyanı qəbul edəcək. Ayın 5-də və 8-də isə müvafiq olaraq Bolqarıstan və İtaliyanın qonağı olacaq.

Xəbər xətti