"Çox istəyərdik ki, media azərbaycanlı futbolçuların legioner həyatını daim mətbuatda işıqlandırsın" - MÜSAHİBƏ

14:26 - 13 Sentyabr 2021

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Jalə Məsimova Sportal.az saytına müsahibə verib. Türkiyədə “ALG Spor”da çıxış edən Məsimova həm yığma komandamızın qarşıdakı matçları, həm də qardaş ölkədəki karyerasından söz açıb.

- Legioner həyatınızı Türkiyədə davam etdirirsiniz. “Alg Spor”da hər şey sizi qane edir?
- Türkiyədə hər şey yaxşıdı. Əslində hər şey gözlədiyim kimidi.

- Artıq neçə müddətdir ki, Türkiyədə çıxış edirsiniz. Bu ölkə sizin üçün trapmlin olacaq?
- Doğrudu, az müddətdir ki, Türkiyədəyəm. Amma bu ölkədə futbolçu keyfiyyətlərimi daha da artırmaq şansım var. Bunun üçün özüm də çalışıram.

- Türkiyədə kişi futbolçularımız da çıxış edir. Onların çıxışı daima diqqətdədi, sizinki isə o qədər də yox. Bu sizin üçün təsirlidi, yoxsa qadın futbolunun kişi futbolundan geri qalmasını anladığınıza görə çox da fikir vermirsiz buna?
- Media kişi futboluna daha diqqət yetirdiyinə görə, qadın futbolu 2-ci plana düşür. Bu da həqiqətən qadın futbolçulara təsir edir. Siz də düz buyurursuz ki, media hər zaman kişi futbolunu ön plana çəkir ə qadın futbolu arxa planda qalır. Bunun səbəbkarı bir az da olsa bəzi nümayəndələridi.

- Rusiyada legioner həyatı yaşamaq çətin idi, yoxsa Türkiyədə çətindi?
- Hər ölkənin öz çətinlikləri var. Ancaq Türkiyə bizim mentalitetə uyğun olduğuna görə, bu ölkədə oynamaq daha rahatdı.

- Millimizin qarşıda 2 oyunu var. Rusiya və Danimarka ilə görüşlərdə millimiz hansı nəticəyə ümid edir?
- Seçmə mərhələnin ilk 2 oyunu var. Biz bu oyuna maksimum performansda və komanda olaraq çox istəkliyik.

- Artıq yeni yığılan millimiz bir tsikl oynadı. Bu tsikldə millimizin sürpriz edib uğurlu nəticələr göstərə bilər, yoxsa çətin məsələdi?
- Ötən seçmə mərhələdən çox böyük təcrübə qazandıq. Bu seçmə mərhələdə isə biz komanda olaraq tamamilə daha yüksək əzmlə mübarizə aparmağa hazırıq.

- Millidə çıxış edənlər legioner həyatı sürür. Bu milliyə necə təsir edəcək?
- Qısa zamanda azərbaycanlı qadın futbolçular Rusiya Premyer Liqası, Türkiyə Superliqası, Qazaxıstan yüksək liqası, Gürcüstan çempionatında çıxış etməyə başladı. Bu da qısa zamanda bizim üçün uğur sayıla bilər.

- Millinin toplanışı artıq start götürüb. Toplanış necə keçir? Komanda Rusiya və Danimarka matçlarına hazırdı?
- Toplanış plana uyğun gedir. Rəqibə uyğun texniki və taktiki məşqlər davam edir. Çox çalışacağıq ki, Azərbaycan xalqını uğurlu nəticə ilə sevindirək. Həm də çox istəyərdik ki, media azərbaycanlı futbolçuların legioner həyatını daima mətbuatda işıqlandırsın.

 

Xəbər xətti