Namiq Ələsgərov 2 assist etdi, "Bursaspor" qələbə qazandı - VİDEO

10:25 - 16 Sentyabr 2021

Türkiyə 1-ci divizionunda 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Namiq Ələsgərovun formasını geyindiyi “Bursaspor” da növbəti oyununu çıxıb.

​Ələsgərovun komandası “Samsunspor”u qonaq edib. Futbolçumuzun komandası 4:1 hesabı ilə qalib gəlib. 

61-ci dəqiqədə meydana daxil olan Namiq 2 assistlə yadda qalıb. 

​Hazırda “Bursaspor”  5 turdan sonra 4 xalla 19 komanda arasında 12-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti