"İnter"in futbolçusu "Qarabağ"la oyunu nəyə görə yada saldı?

"İnter"in müdafiəçisi Federiko Dimarko Milan klubundakı debütünü xatırlayıb. 

Sportal.az xəbər verir ki, o, "nerazzura"nın heyətində Avropa Liqasının F qrupunun "Qarabağ"la Bakıdakı matçında debüt etdiyi görüş haqda danışıb: "İnter"dəki debütüm Avropa Liqasının "Qarabağ"la oyununa təsadüf edirdi. Həmin oyunun hər anını, emosiyalarını xatırlayıram. Ambrozionu əvəzləyərək meydana daxil olmuşdum. Baş məşqçimiz Roberto Mançini meydana daxil olmaq üçün məni yanına çağıranda, hansı hisslər keçirmişdim sözlə ifadə edə bilmərəm".

Xatırladaq ki, "Qarabağ" - "İnter" matçı daha çox hakim səhvləri ilə yadda qalmışdı. Belə ki, Riçard Almeyda 90+4-cü dəqiqədə qol vursa da, hakimlər briqadası bu qolu qeydə almayaraq ağdamlıların növbəti mərhələyə yüksəlməsinə mane olmuşdu.

Tarix: 24 Sentyabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Oktyabr 2021
24  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio