Kamran və Aqil üçün Premyer Liqada 200-cü qol

11:53 - 4 Oktyabr 2021

Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” oyununda (1:3) hər iki komandanın qapıçısı 200-cü qolu buraxıb.

 

Sportal.az xəbər verir ki, bu matçadək həm Kamran Ağayev, həm də Aqil Məmmədov ölkə çempionatlarında 199 dəfə topu qapısında görmüşdü. “ASCO Arena”da hər iki qolkiper üçün ilk top uğursuz yubiley xarakteri daşıyıb.

 

“Səbail”in qapıçısı Premyer Liqada 234-cü qarşılaşmaya çıxıb. Kamran buraxdığı qolların sayını 202-yə çatdırıb. “Neftçi”nin qolkiperi isə 200-cü qolu 153-cü matçında buraxıb.

 

Kamranla Aqilə qədər ölkə çempionatları tarixində 200 və daha çox top buraxan qapıçıların sayı 10 idi. Onlar bu rəqəmi 12-yə çatdırıblar.

Xəbər xətti