Cerrard yeni klubunun tarixinə düşdü

19:19 - 29 Noyabr 2021

Stiven Cerrard yeni klubu "Aston Villa" tarixində ən yaxşı məşqçi startlarından birini keçirib.

Sportal.az xəbər verir ki, ingilis mütəxəssis komandanın tarixində iki qalibiyyətlə başlayan ikinci məşqçi olub.

Cerrardın debüt oyununda "Aston Villa" "Brayton"a 2:0, ikinci görüşdə "Kristal Pelas"a 2:1 hesabı ilə qalib gəlib.

Klubda ardıcıl iki qələbə ilə başlayan ilk məşqçi 1997/98-ci ilin ortalarında Con Qreqori olub.

"Aston Villa" Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti