Mahir Emreli "Legiya"nı məhkəməyə verdi

21:06 - 10 Yanvar 2022

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sını məhkəməyə verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu Varşava təmilçisinin ona olan borcuna görə bu addımı atıb.

 

Forvard paytaxt klubundan həm məvacibinin qalan hissəsini, həm də müqaviləsinə xitam verilməsini tələb edir.

 

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb. (Report)

Xəbər xətti