"Səbail" klubunda baş məşqçi Aftandil Hacıyevlə müqavilə yenilənib.
Sportal.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. Hacıyevlə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb.
41 yaşlı mütəxəssis 2018-ci ildən "Səbail"i çalışdırır.
Bakı təmsilçisi Premyer Liqada sonuncu - 8-ci sıradadır.