"Şamaxı" bu göstəricidə 4-cü oldu

11:50 - 16 May 2022

Premyer Liqanın XXVII turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Şamaxı” evdə 70-ci məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi öz meydanındakı 311-ci matçında bu uğursuzluğu yaşayıb.

 

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən Şamaxının eyniadlı təmsilçisi ölkə çempionatları çərçivəsində öz meydanında 70 və daha çox matçda uduzan 4-cü komandadır. Antirekord “Turan”a məxsusdur – 78 məğlubiyyət. MOİK 77, “Bakı” 73 dəfə evdə xalsız qalıb

Xəbər xətti