Türkiyə millisinin hücumçusu "Yuventus"a doğru

10:19 - 29 İyun 2022

"Xetafe"nin forvardı Enes Ünal İtaliyaya yollana bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki. türkiyəli hücumçu "Yuventus"un transfer siyahısında yer alıb.

"Qoca sinyora" 25 yaşlı forvard üçün "Xetafe"yə 25 milyon avroluq təklif göndərəcək.

Türkiyə millisinin hücumçusu ötən mövsüm 37 oyunda 16 qol vurub, 1 assist edib. 

Xəbər xətti