Qara Qarayev: "Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq və tarixi nailiyyəti təkrarlayaq"

12:50 - 16 Avqust 2022

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya”(Plzen) matçından öncə mətbuat konfransı keçirilib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Qara Qarayev sabahkı matçla bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

"Bu gün komanda yoldaşlarımın adından buradayam. İşimizin ciddiliyini dərk edirik. Hansı mərhələdə olduğumuzuun fərqindəyik. Xüsusi motivasiya lazımdı. Amma mərhələnin mahiyyəti bizə o motivasiyanı verib. Evdə oynayırıq, üstünlüklərimiz çoxdu. Evdə 12 nəfərlə oynayırıq. Bu dəfə də azarkeşlərdən daha çox dəstək gözləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq və tarixi nailiyyəti təkrarlayaq. Bu raundda asan rəqib yoxdu. Əgər pley-off mərhələlərindədilərsə, bu komanda xüsusi diqqətə layiqdi. Rəqibin xüsusi təhlükəli vəziyyətlərini bilirik. Bunun üzərində çalışırıq. Əlimizdən gələni edəcəyik ki, Bakıda 90 dəqiqə oynayan tərəf biz olaq.

- 15-20 il əvvəl ən böyük üstünlüklərimizdən biri matçların yayda keçirilməsi idi. Bakı istisi xeyrimizə işləyər bilər? İndi baxırıq ki, isti havada futbolçularımız da çətinlik çəkir...
- Bizim üçün yayda oynamaq çətin olur. Çünki Bakının bürkü havası çətinlik yaradır. Amma ev amili, azarkeş dəstəyi çətinliyi keçməyə kömək olur. Polşa, İsveçrə və Macarıstanda hava sərin idi. Onlar bizdən daha çox əziyyət çəkir burada. Səfərə gəlirlər. Bürkünün bizə də ziyanı var. Amma ev amili bizi həmin çətinliyi keçməyə yardım olur.

- Son sınaqdı deyə, həyəcan hansı səviyyədədi?
- Çalışdığımız qədər işimizə peşəkar yanaşırıq. Baş məşqçimiz tapşırıq verir ki, eyforiyaya qapılmayaq. Bir qələbədən sonra işimiz başlayır. Sevinməyə də vaxtımız yoxdu. Motivasiya, istək var. Komanda yoldaşlarımızla oyunun mahiyyətini dərk edirik. Bu, bizə həyəcan yox məsuliyyət verir. Bizdən gözləntilər çoxdu. Təmsil etdiyimiz ad var. Məsuliyyətlə çıxacağıq oyuna. Bəlkə də futbolçuların çoxu bu cür oyun gözləyirdilər ki, Çempionlar Liqasının himni altında oyuna çıxaq. Həyəcansız, istəkli şəkildə oyuna hazırıq.

Mirbağırağa

Xəbər xətti