Çexiyanın "Viktoriya" klubunun qapıçısı Yindrix Stanek Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la keçirdikləri ilk oyunu haqda danışıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı "əlcək sahibi" Azərbaycan təmsilçisinin yüksək səviyyəli komanda olduğunu deyib:
"Qarabağ" inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır. Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab matçını öz meydanımızda keçirəcəyik. Evdə oynamaq həmişə daha yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram".