Almaniyanın "Herta" klubunun futbolçusu Jan-Pol Boetyus xərçəng xəstəliyinə yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı niderlandı yarımmüdafiəçinin qasıq nahiyəsində xərçəng aşkarlanıb. Berlin klubunun yaydığı açıqlamada qeyd olunub ki, futbolçu bir müddət komandadan uzaq qalacaq və əməliyyat olunacaq.
Qeyd edək ki, Jan-Pol Boetyus "Herta"ya mövsümün əvvəlində "Maynts"dan transfer olunub. O, komandanın heyətində 6 matçda meydana çıxıb.
Xatırladaq ki, bir müddət əvvəl "Borussiya"nın hücumçusu Sebastian Hallerdə də xərçəng aşkarlanıb. Hazırda onun müalicəsi davam edir.
saytlarin hazirlanmasi