Neymar: "Bu, indiyə qədər oynadığım ən yaxşı Braziliya millisidi"

20:48 - 26 Sentyabr 2022

PSJ-nin hücumçusu Neymar Braziliya millisinin DÇ-2022-dəki şansları ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az “Telefoot”a istinadən xəbər verir ki, braziliyalı millisinin Qətərdə keçiriləcək mundial haqda danışıb:

“Bu, indiyə qədər oynadığım ən yaxşı Braziliya millisidi. Biz qələbələr qazanmağa hazırıq. Çox güclü hücum xəttimiz var. Gənclər və təcrübəlilər arasında yaxşı anlaşma hökm sürür”.

Braziliya millisi dünya çempionatında G qrupunda Serbiya, Kamerun və İsveçrə ilə mübarizə aparacaq.

Xəbər xətti